AZ

İsveçrə İranla müharibəyə görə ABŞ kəşfiyyat təyyarələrinin ərazisindən uçuşuna icazə verməyib

ain.az, Cebheinfo saytına istinadən bildirir.

İsveçrə Federal Şurası ABŞ-nin İrandakı müharibə ilə əlaqədar ölkə üzərindən iki kəşfiyyat təyyarəsinin uçuşu tələbini rədd edib.

"Cebheinfo.az" xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə hökumətin açıqlamasında bildirilir.

Qeyd olunur ki, qərar neytrallıq prinsipinə əsasən verilib. ABŞ təyyarələrinin uçuşları martın 15-ə planlaşdırılıb.

Eyni zamanda, İsveçrə bir texniki uçuş və nəqliyyat təyyarələrinin uçuşları üçün iki tələbi təsdiqləyib.

Hökumət xatırladıb ki, ABŞ, İsrail və İran arasında Yaxın Şərqdə 28 fevral 2026-cı ildən bəri intensiv döyüş əməliyyatları davam edir, neytrallıq prinsipi bu dövlətlərə də şamil olunur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
3
cebheinfo.az

7Mənbələr