Martın 12-dən start götürən XIII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb.
BAKU.WS Oxu.Az-a istiandən xəbər verir ki, forum çərçivəsində ümumilikdə 12 panel müzakirə və bir neçə xüsusi sessiya keçirilib.
Belə ki, forumda "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət, yeni məsələlər, yeni çətinliklər", "Böhranda çoxtərəflilik: Qlobal əməkdaşlığa yeni baxış", "Birləşmiş Millətlər Təşkilatı 80 illiyində", "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "Danışıqlardan Kənar: COP-u Canlı Saxlamaq Uğrunda Mübarizə", "Orta Dəhliz və Avrasiya Bağlantı Qapısı", "Afrika: Bu gün və sabah", "2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv inkişaf və dayanıqlı bağlantı", "Mənzil sahəsində qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər", "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası", "Beynəlxalq sistemin yenidən qurulmasına çağırış" və "Gənclər danışır, biz dinləyirik" adlı panel müzakirələr keçirilib.
Qeyd edək ki, forum rəsmi olaraq başa çatsa da, martın 15-də bir neçə mövzu ilə əlaqədar əlavə sessiyaların keçirilməsi nəzərdə tutulub.
*** 09:17
XIII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün iştirakçılar "Süni intellekt, idarəetmə və innovasiyanın etikası", "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər" və "Beynəlxalq sistemin yenidən qurulmasına doğru" mövzularını müzakirə edəcəklər.
Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar.