AZ

XIII Qlobal Bakı Forumu öz işini yekunlaşdırdı

Martın 12-dən start götürən XIII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb.

News365.az xəbər verir ki, forum çərçivəsində ümumilikdə 12 panel müzakirə və bir neçə xüsusi sessiya keçirilib.

Belə ki, forumda "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət, yeni məsələlər, yeni çətinliklər", "Böhranda çoxtərəflilik: Qlobal əməkdaşlığa yeni baxış", "Birləşmiş Millətlər Təşkilatı 80 illiyində", "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "Danışıqlardan Kənar: COP-u Canlı Saxlamaq Uğrunda Mübarizə", "Orta Dəhliz və Avrasiya Bağlantı Qapısı", "Afrika: Bu gün və sabah", "2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv inkişaf və dayanıqlı bağlantı", "Mənzil sahəsində qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər", "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası", "Beynəlxalq sistemin yenidən qurulmasına çağırış" və "Gənclər danışır, biz dinləyirik" adlı panel müzakirələr keçirilib.


Seçilən
16
4
news365.az

3Mənbələr