“Liverpul” “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etmək üçün əhəmiyyətli bir üstünlük qazanıb.
Msport.az xəbər verir ki, “mersisaydlılar” bu yay fransalı futbolçunu 50 milyon avroya transfer edə bilər.
Klub Kamavinqa ilə yanaşı, “Real”ın mərkəz müdafiəçisi Din Huysenlə də maraqlanır. “Liverpul” ötən yay “Bornmut”dan “Real”a keçən oyunçu üçün 70 milyon avro ödəməyə hazırdır.
“Liverpul”un yayda iki oyunçunu 120 milyon avroya alması ehtimalının yüksək olduğu da yazılıb.
Qeyd edək ki, Kamavinqa bu mövsüm bütün yarışlarda 31 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.