AZ

"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər

style='margin-bottom:10px;'>

"Liverpul" "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etmək üçün əhəmiyyətli bir üstünlük qazanıb.

QOL.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Mersisaydlılar" bu yay fransalı futbolçunu 50 milyon avroya transfer edə bilər. Klub Kamavinqa ilə yanaşı, "Real"ın mərkəz müdafiəçisi Din Huysenlə də maraqlanır. "Liverpul" ötən yay "Bornmut"dan "Real"a keçən oyunçu üçün 70 milyon avro ödəməyə hazırdır. 

"Liverpul"un yayda iki oyunçunu 120 milyon avroya alması ehtimalının yüksək olduğu da yazılıb.

Bu mövsüm Kamavinqa bütün yarışlarda 31 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir

Seçilən
14
1
teleqraf.com

2Mənbələr