AZ

İsrailin zərbəsi nəticəsində İranın kosmik agentliyinin tədqiqat mərkəzi dağıdılıb

İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində İranın kosmik agentliyinin Tehranda yerləşən baş tədqiqat mərkəzi dağıdılıb.

BAKU.WS xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu mərkəzdə hərbi peyklər üzrə, o cümlədən müşahidə, kəşfiyyat məlumatlarının toplanması və bütün Yaxın Şərqdə hədəflərə atəş yönəltmə daxil olmaqla bir sıra vəzifələr üçün istifadə olunan strateji laboratoriyalar yerləşirdi.

Xatırladaq ki, Yaxın Şərq münaqişəsi 28 fevral 2026-cı ildə İsrail və ABŞ-nin İrana qarşı bir neçə hücumu ilə daha da kəskinləşib.

Tehran sakit dayanmaqdan imtina edib və hücumlara cavab verib.

Seçilən
24
9
far.az

10Mənbələr