
İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində İranın kosmik agentliyinin Tehranda yerləşən baş tədqiqat mərkəzi dağıdılıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, bu mərkəzdə hərbi peyklər üzrə, o cümlədən müşahidə, kəşfiyyat məlumatlarının toplanması və bütün Yaxın Şərqdə hədəflərə atəş yönəltmə daxil olmaqla bir sıra vəzifələr üçün istifadə olunan strateji laboratoriyalar yerləşirdi.
Həmçinin hava hücumundan müdafiə sistemlərinin istehsal edildiyi bir neçə obyekt də zərbələrə məruz qalıb.