AZ

İkardi İtaliya klubu ilə anlaşdı

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin gələcək taleyi ilə bağlı iddia irəli sürülüb.

Msport.az xəbər verir ki, FIFA meneceri Marko Kirdemir argentinalı forvardın mövsümün sonunda İtaliyaya qayıdacağını və “Yuventus”la tam razılıq əldə etdiyini açıqlayıb.

Menecerin sözlərinə görə, İkardinin bu qərarında ailəvi səbəblər əsas rol oynayır. Belə ki, futbolçunun sevgilisi yenidən İtaliyada yaşamaq niyyətindədir.

Artıq “sarı-qırmızılı” klubla müqaviləsinin sonuna yaxınlaşan təcrübəli forvardın İstanbul təmsilçisi ilə yeni sözləşmə imzalamayacağı və Turin nəhənginə keçəcəyi bildirilir.

Seçilən
11
2
msport.az

3Mənbələr