AZ

Mauro İkardi İtaliya klubu ilə anlaşdı SON DURUM

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardinin gələcək taleyi ilə bağlı bomba effekti yaradacaq iddia irəli sürülüb.

Fanat.Az xəbər verir ki, FİFA meneceri Marko Kirdemir argentinalı forvardın mövsümün sonunda İtaliyaya qayıdacağını və "Yuventus" klubu ilə tam razılıq əldə etdiyini açıqlayıb.

Menecerin sözlərinə görə, İkardinin bu qərarında ailəvi səbəblər əsas rol oynayır. Belə ki, futbolçunun sevgilisi yenidən İtaliyada yaşamaq niyyətindədir.

Artıq "sarı-qırmızılı" klubla müqaviləsinin sonuna yaxınlaşan təcrübəli forvardın İstanbul təmsilçisi ilə yeni sözləşmə imzalamayacağı və Turin nəhənginə keçəcəyi bildirilir.

Bu xəbər "Cimbom" azarkeşləri tərəfindən böyük üzüntü ilə qarşılanıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
fanat.az

3Mənbələr