AZ

Azərbaycan qlobal dialoqda mühüm rol oynayır - İqor Qarafuliç

Azərbaycan əsas beynəlxalq məsələlərin müzakirəsi üçün platforma təqdim etməklə mühüm qlobal rol oynayır.

Day.Az xəbər verir ki, bunu Trend-ə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi vəzifələrini müvəqqəti icra edən İqor Qarafuliç bu gün Ümumdünya Şəhərsalma Forumunun 13- sessiyasına (WUF13) həsr olunmuş brifinq çərçivəsində deyib.

Onun sözlərinə görə, forumun keçirilməsi beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət daşıyır, çünki bu tədbir şəhərlərin inkişafı ilə bağlı ən aktual məsələlər üzrə dialoq üçün imkan yaradır.

"BMT sistemi üçün bu konfrans çox vacibdir, çünki o, bütün dünyaya hər bir şəhər üçün prioritet hesab olunan məsələləri müzakirə etmək imkanı yaradır. Bu gün bir çox mühüm problemlər - məşğulluq, mənzil təminatı, layiqli əmək fəaliyyəti birbaşa şəhərlərin inkişafı ilə bağlıdır", - deyə o qeyd edib.

 

Qarafuliç vurğulayıb ki, mövcud şəraitdə beynəlxalq dialoq üçün platformaların qorunub saxlanılması xüsusilə vacibdir.

"Dünyanın hazırda müharibələrdən daha çox danışıqlara ehtiyacı var", - o bildirib.

O, həmçinin Azərbaycanın qlobal gündəliyin təşviqində rolunu qeyd edərək ölkənin artıq iri beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladıb.

"Bu, birdəfəlik təşəbbüs deyil. Azərbaycan artıq COP29-a ev sahibliyi edib və mən Ümumdünya Forumunun keçirilməsini - mühüm qlobal məsələlərin müzakirəsi üçün məkan təqdim etmək baxımından - bu işin davamı kimi qiymətləndirirəm. Buna görə də Azərbaycan beynəlxalq arenada həqiqətən mühüm rol oynayır", - deyə Qarafuliç əlavə edib.

Seçilən
1
1
day.az

2Mənbələr