AZ

Azərbaycan qlobal dialoqda mühüm rol oynayır - İqor Qarafuliç (ÖZƏL)

Bakı. Trend:

Azərbaycan əsas beynəlxalq məsələlərin müzakirəsi üçün platformatəqdim etməklə mühüm qlobal rol oynayır.

Bunu Trend-əBMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi vəzifələrinimüvəqqəti icra edən İqor Qarafuliç bu gün Ümumdünya ŞəhərsalmaForumunun 13- sessiyasına (WUF13) həsr olunmuş brifinq çərçivəsindədeyib.

Onun sözlərinə görə, forumun keçirilməsi beynəlxalq ictimaiyyətüçün böyük əhəmiyyət daşıyır, çünki bu tədbir şəhərlərin inkişafıilə bağlı ən aktual məsələlər üzrə dialoq üçün imkan yaradır.

“BMT sistemi üçün bu konfrans çox vacibdir, çünki o, bütündünyaya hər bir şəhər üçün prioritet hesab olunan məsələlərimüzakirə etmək imkanı yaradır. Bu gün bir çox mühüm problemlər -məşğulluq, mənzil təminatı, layiqli əmək fəaliyyəti birbaşaşəhərlərin inkişafı ilə bağlıdır”, - deyə o qeyd edib.

Qarafuliç vurğulayıb ki, mövcud şəraitdə beynəlxalq dialoq üçünplatformaların qorunub saxlanılması xüsusilə vacibdir.

“Dünyanın hazırda müharibələrdən daha çox danışıqlara ehtiyacıvar”, - o bildirib.

O, həmçinin Azərbaycanın qlobal gündəliyin təşviqində rolunuqeyd edərək ölkənin artıq iri beynəlxalq tədbirlərə ev sahibliyietdiyini xatırladıb.

“Bu, birdəfəlik təşəbbüs deyil. Azərbaycan artıq COP29-a evsahibliyi edib və mən Ümumdünya Forumunun keçirilməsini - mühümqlobal məsələlərin müzakirəsi üçün məkan təqdim etmək baxımından -bu işin davamı kimi qiymətləndirirəm. Buna görə də Azərbaycanbeynəlxalq arenada həqiqətən mühüm rol oynayır”, - deyə Qarafuliçəlavə edib.

Seçilən
18
1
az.trend.az

2Mənbələr