AZ

Bakıda Novruz ərəfəsində geniş təmizlik işləri aparılıb (FOTO)

Bakı. Trend:

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsindəBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şəhərin sanitartəmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlaraqulluq göstərilməsi məqsədi ilə “Novruz bayramını təmiz şəhərləqarşılayaq” devizi ilə şənbə günü, martın 14-də paytaxtdagenişmiqyaslı təmizlik işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsasküçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki vəcanlılara ziyansız yuyucu maddələrlə yuyulub.

Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səkikənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yolkənarındakı məhəccərlərin, park və istirahət yerlərindəoturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayışməhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət vədigər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahmanyaradılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşlarıtərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakıağaclar yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıqsahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünüoxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdənkompozisiyalar yaradılıb.

Yaz mövsümü ilə əlaqədar paytaxtda həyata keçirilənyaşıllaşdırma və təmizlik işləri davam etdiriləcək.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Seçilən
21
14
az.trend.az

10Mənbələr