AZ

Bakıda Novruz ərəfəsində geniş təmizlik işləri aparılıb - FOTOLAR

Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə şənbə günü, martın 14-də paytaxtda genişmiqyaslı təmizlik işləri aparılıb. 

"Cebheinfo.az" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

Yaz mövsümü ilə əlaqədar paytaxtda həyata keçirilən yaşıllaşdırma və təmizlik işləri davam etdiriləcək.

"Cebheinfo.az"

Seçilən
18
14
cebheinfo.az

10Mənbələr