AZ

İraqa səyahət etməyin! - Türkiyə xəbərdarlıq etdi

Türkiyənin Bağdaddakı səfirliyi İraqa səyahət xəbərdarlığı edib.

Adalet.az xəbər verir ki, bu barədə səfirlik yazılı açıqlama yayıb.

"Vətəndaşlarımız ciddi bir səbəb olmadığı təqdirdə İraqa səyahət etməkdən çəkinməlidirlər", - açıqlamada qeyd olunub. 

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda başlatdığı müharibə qarşılıqlı hücumlarla davam etdikcə, İraq da İrandan atılan raket və dronların hədəfinə çevrilir.

Seçilən
0
4
adalet.az

6Mənbələr