Türkiyənin Bağdaddakı səfirliyi İraqa səyahət xəbərdarlığı edib.
KONKRET.az xəbər verir ki, bu barədə səfirlik yazılı açıqlama yayıb.
“Vətəndaşlarımız ciddi bir səbəb olmadığı təqdirdə İraqa səyahət etməkdən çəkinməlidirlər”, – açıqlamada qeyd olunub.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda başlatdığı müharibə qarşılıqlı hücumlarla davam etdikcə, İraq da İrandan atılan raket və dronların hədəfinə çevrilir.