AZ

Qarabağın bərpası Azərbaycanın mənzil siyasətinin əsas istiqamətidir - Anar Quliyev

Bakı. Trend:

Azərbaycanın mənzil siyasətinin əhəmiyyətli hissəsi Qarabağınişğaldan azad edilmiş ərazilərinin bərpası və əhalinin həminərazilərə köçürülməsi ilə bağlıdır.

Trend xəbər verirki, bu barədə Azərbaycanın Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bu gün“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradanqaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumundaçıxışı zamanı bildirib.

“Bu təcrübə bu gün bir çox ölkələrin üzləşdiyi daha geniş qlobalçağırışı əks etdirir, münaqişədən sonrakı bərpa və yenidənqurmaproseslərində layiqli mənzil hüququnun əsas prioritet olaraqqalmasını necə təmin etmək məsələsi”, - deyə o qeyd edib.

Quliyevin sözlərinə görə, həmin ərazilərdə dayanıqlı, “ağıllı”və inklüziv şəhərlərin yaradılmasına yönəlmiş kompleks bərpa vəmənzil tikintisi proqramları həyata keçirilir.

“Keçmiş məcburi köçkünlər üçün mənzillər dövlət tərəfindənpulsuz təqdim olunur ki, bu da sosial sabitliyin təmin edilməsindəvə əhalinin təhlükəsiz, ləyaqətli şəkildə geri qayıtmasındadövlətin liderliyinin əsas rolunu nümayiş etdirir”,- deyə ovurğulayıb.

“Hazırda artıq təxminən 70 min nəfər bu ərazilərdə yaşayır,təhsil alır və çalışır”, - deyə Quliyev bildirib.

O, həmçinin qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu mənzilsahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühümplatforma olacaq.

Seçilən
17
1
az.trend.az

2Mənbələr