Şimali Koreya Yapon (Şərq) dənizinə 10 ballistik raket atıb.
Redaktor.az xəbər verir ki, bu barədə Seulun Birgə Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Bu, Pxenyanın Cənubi Koreya-ABŞ hərbi təlimləri ilə bağlı xəbərdarlıq etməsindən bir neçə gün sonra baş verib.
Cənubi Koreya ordusunun açıqlamasında deyilir ki, Şimali Koreyanın Sunan bölgəsindən Yapon (Şərq) dənizinə doğru atılan təxminən on ballistik raket aşkar edilib.