AZ

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketlər buraxdı

Şimali Koreyanın atdığı və ballistik olduğu ehtimal edilən raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

News365.az xəbər verir ki, bu barədə NHK telekanalına Yaponiyanın Dəniz Təhlükəsizliyi İdarəsi və Müdafiə Nazirliyindəki mənbələr bildiriblər.

Qeyd olunub ki, Cənubi Koreya tərəfi mərminin uçuş məsafəsi də daxil olmaqla, onun uçuşu ilə bağlı məlumatları təhlil edir.

"Yonhap" agentliyi Cənubi Koreya hərbi rəsmilərinə istinadən bildirib ki, Şimali Koreya bu gün təxminən 10 ballistik raket buraxıb.

"Silahlı qüvvələrimiz saat 13:20-də (Bakı vaxtı ilə səhər 08:20) Sunan ərazisindən Yapon dənizinə doğru atılan təxminən 10 ballistik raket aşkar ediblər", - deyə xəbərdə bildirilib.

Cənubi Koreya mediası qeyd edib ki, raketin buraxılışı ölkənin baş nazirinin ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla təmaslarda maraqlı olması barədə açıqlamaları fonunda baş tutub.

Seçilən
12
8
news365.az

10Mənbələr