AZ

İsrail rəhbərliyinin olduğu iqamətgahlar vuruldu SEPAH

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail liderlərinin olduğu 10 yerə raket zərbələri endirdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, SEPAH-ın yaydığı açıqlamaya görə, əməliyyat Təl-Əvivdə yeddi, Rişon LeZionda iki və Şohamda bir yeri hədəf alıb.

“Hədəflər İsrail liderlərinin 10 iqamətgahı idi”, – deyə məlumatda bildirilib.

Bundan əlavə, ABŞ komandirləri üçün üç toplanma və sığınacaq yeri aşkar edilərək hücuma məruz qaldığı qeyd olunub.

Hücumun nəticələri ilə bağlı digər məlumatlar və təfərrüatlar hələlik əldə edilməyib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
50
globalinfo.az

10Mənbələr