ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli premyer-liqasının 24-cü turunun açılış qarşılaşmasında “Karvan-Yevlax” səfərdə “Araz-Naxçıvan”a məğlub oldu - 1:2. “Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Fizuli Məmmədov oyundan sonra jurnalistlər önünə çıxıb.- Son iki oyundakı heç-heçənin ardından bu matçda da məğlub olmamaq, qələbə qazanmaq istəyirdik. İlk hissədə iki səhv buraxdıq. Bir qol vursaq da, ikinci çətin oldu. Oyunu çevirə bilmədik.- Növbəti qolları vurmağa nə çatmadı?- “Araz-Naxçıvan”a 2-3 qol vurmaq çətindi. Birinci qoldan sonra qeyri-dəqiq qərarlar oldu. Çətindi də. - Spensi niyə əvəzlədiz?- Yorulmuşdu, hiss etdim. Yormaq istəmədim.MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.