AZ

“Araz-Naxçıvan”a 2-3 qol vurmaq çətindi” – Fizuli Məmmədov

Misli premyer-liqasının 24-cü turunun açılış qarşılaşmasında “Karvan-Yevlax” səfərdə “Araz-Naxçıvan”a məğlub oldu - 1:2. “Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Fizuli Məmmədov oyundan sonra jurnalistlər önünə çıxıb.
- Son iki oyundakı heç-heçənin ardından bu matçda da məğlub olmamaq, qələbə qazanmaq istəyirdik. İlk hissədə iki səhv buraxdıq. Bir qol vursaq da, ikinci çətin oldu. Oyunu çevirə bilmədik.
- Növbəti qolları vurmağa nə çatmadı?
- “Araz-Naxçıvan”a 2-3 qol vurmaq çətindi. Birinci qoldan sonra qeyri-dəqiq qərarlar oldu. Çətindi də.
- Spensi niyə əvəzlədiz?
- Yorulmuşdu, hiss etdim. Yormaq istəmədim.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
70
1
football-plus.az

2Mənbələr