İşğaldan azad edilmiş ərazilərdə 2021-2026-cı illərdə həyata keçirilən infrastruktur layihələri üzrə 1583 müraciətə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müsbət ekoloji ekspertiza rəyi verilib. Bu ilin ötən dövrü ərzində verilən müsbət rəylərin sayı 71-dir.
Onun sözlərinə görə, müsbət rəy verilmiş layihələrin rayonlar üzrə bölgüsündə Ağdam, Şuşa və Cəbrayıl ilk üçlüyə daxildir. Bu göstəricilər Ağdamda 247, Şuşada 190, Cəbrayılda 179-dur.