AZ

İşğaldan azad edilmiş ərazilər üzrə 1583 müraciətə müsbət ekoloji ekspertiza rəyi verilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Zəngilan, 13 mart, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə 2021-2026-cı illərdə həyata keçirilən infrastruktur layihələri üzrə 1583 müraciətə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müsbət ekoloji ekspertiza rəyi verilib. Bu ilin ötən dövrü ərzində verilən müsbət rəylərin sayı 71-dir.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov martın 13-də Zəngilan rayonunda keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.

Onun sözlərinə görə, müsbət rəy verilmiş layihələrin rayonlar üzrə bölgüsündə Ağdam, Şuşada və Cəbrayıl ilk üçlüyə daxildir. Bu göstəricilər Ağdamda 247, Şuşada 190, Cəbrayılda 179-dur.

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - Səfiyar Məcnun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
azertag.az

3Mənbələr