Bu aydan etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək. Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır.
Redaktor.az xəbər verir ki, mart ayında qastrol proqramı Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edəcək.
Mart ayı konsert proqramı:
16 mart – Ağdam şəhəri
Ağdam Muğam Mərkəzi | 17:00
Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri
17 mart – Laçın şəhəri
“LaCinema” kinoteatrı | 13:00
Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri
19 mart – Gəncə şəhəri
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası | 20:00
M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası
28 mart – Mingəçevir şəhəri
Mingəçevir Dövlət Dram Teatrı | 18:00
29 mart – Mingəçevir şəhəri
Heydər Əliyev Mərkəzi | 18:00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
Simfonik Orkestri, solistləri və xor kollektivi