AZ

Mədəniyyət Nazirliyi mart ayı üçün mədəni qastrol proqramını yaydı

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu aydan etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək. 

Bakıvaxtı.az xəbər verir ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır.

Mart ayında qastrol proqramı Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edəcək. 

Mart ayı konsert proqramı:

16 mart – Ağdam şəhəriAğdam Muğam Mərkəzi | 17:00Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri

17 mart – Laçın şəhəri“LaCinema” kinoteatrı | 13:00Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri

19 mart – Gəncə şəhəriF.Əmirov adına Gəncə Dövlət Filarmoniyası | 20:00M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası

28 mart – Mingəçevir şəhəriMingəçevir Dövlət Dram Teatrı | 18:00

29 mart – Mingəçevir şəhəriHeydər Əliyev Mərkəzi | 18:00Azərbaycan Dövlət Akademik Opera və Balet TeatrınınSimfonik Orkestri, solistləri və xor kollektivi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
4
bakivaxti.az

9Mənbələr