Bakı. Trend:
2013-cü ildən başlayaraq hər il keçirilən Qlobal Bakıforumlarına ev sahibliyi edən Azərbaycan bununla həm tolerant,multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən,müxtəlif dinləri və mədəniyyətləri bir arayan gətirən, həm dədünyanı narahat edən problemləri beynəlxalq ictimaiyyətin diqqətinəçatdıran, dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirən ölkəolduğunu bir daha təsdiqləyir. Çünki hər il keçirilən forumlarınmövzularına diqqət yetirdikdə bu məsələlərin həmin dövrünçağırışını özündə əks etdirdiyini aydın şəkildə görürük.
Martın 12-də Bakıda, “Gülüstan” sarayında Prezident İlhamƏliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinintəşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan qaldırılması” mövzusunda növbəti- XIII QlobalBakı Forumu işə başlayıb. XIII Qlobal Bakı Forumunda dünyanınmüxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədənfəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMTstrukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər.Martın 14-dək davam edəcək XIII Qlobal Bakı Forumunda müxtəlifmövzularda panellər təşkil olunur. Panel iclaslarda müzakirə edilənmövzulara diqqət yetirdikdə belə Azərbaycanın iqtisadi və xaricisiyasət uğurlarının fonunda onların həlli yolları açıqlanır. Başqasözlə, xarici siyasətinin əsas prinsiplərindən biri kimiəməkdaşlığa xüsusi önəm verən Azərbaycan ev sahibliyi etdiyitədbirlərin timsalında çoxtərəfliliyin tərəfdarı olduğunu, qlobalproblemlərin həllində birgə addımların atılmasının vacibliyininümayiş etdirir. 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyiCOP29-un nəticələri bu gün də müzakirə mövzusu kimi diqqətdədirsə,bu, Azərbaycanın uğurlu və gələcəyə hədəflənən siyasətininnəticəsidir. Qlobal Bakı Forumu da qlobal problemlərin təhlili,siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığınmöhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunuqazanıb.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasındabildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevforumun açılış mərasimindəki çıxışında diqqəti bir qlobal forumdandigərinə keçərkən fəaliyyət sahəsinin getdikcə genişləndiyinəyönəldərək təmasların son dərəcə fəal olduğunu bildirdi. Onu daəlavə etdi ki, dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmalarınişlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətəlayiqdir. Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir.Qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eynisəviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin,parlament spikerlərinin, tanınmış ictimai fiqurların,diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyətinümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir.Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrəkfikir mübadiləsi aparır və təcrübə paylaşırlar, xalqların həyatınıdaha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər.Builki forumun gündəliyi çox genişdir. Prezident İlham Əliyev buçağırışı səsləndirdi ki, təhlükəsizlik, sabitlik və müdafiəməsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritetolmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamiləmənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səygöstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik vəsabitlik əsas amillər olmalıdır və səylərimizi məhz bu istiqamətdəbirləşdirməliyik. Regional təhlükəsizlik Azərbaycan üçün hər zamanbir nömrəli məsələ olub.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev Forumdakıçıxışında Azərbaycanın sülh təcrübəsindən geniş bəhs etdi. 30 illikişğal, 44 günlük İkinci Qarabağ və bir günlük lokal antiterrortədbirlərinin həyata keçirildiyi, həmçinin tarixi Zəfərimizin vəsuverenliyimizin bərpasının yaratdığı reallıqlar dövrü geniş təhliledildi. Vurğulandı ki, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindənbu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə iləməşğul olmalı olan bəzi beynəlxalq aktorların selektivyanaşmasından əziyyət çəkirdi. Təxminən 30 il ərzində BMTTəhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrininərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağızüzərində qaldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanıərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq.Prezident İlham Əliyev qeyd etdi ki, əgər sülh yolu ilə həll üçünbütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizintərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etməkzəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, dahasonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu damüasir tarixdə, son onilliklərdə nadir bir təcrübədir. Ölkə özü güctətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.
Millət vəkili bildirib ki, göründüyü kimi, XIII Qlobal BakıForumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçüngeniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platformarolunu oynayır. Çıxışlarda səsləndirilən fikirlər, panel iclaslardamüzakirə olunan məsələlər beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə,ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinətöhfə verəcək. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxışedərək dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir.Azərbaycanın sivilizasiyalararası dialoqu dəstəkləməsi, beynəlxalqarenada konstruktiv rolu və qlobal məsələlərin həllində fəaliştirakı bu tədbirin uğurlu nəticələr verməsini şərtləndirir.Prezident İlham Əliyevin çıxışında Nizami Gəncəvi BeynəlxalqMərkəzinin İdarə Heyətini və bütün kollektivini ölkəmizin bu il evsahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunda fəal iştirakadəvət edərək bu əminliyi ifadə etdi ki, bir neçə aydan sonra Bakıdasizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təminedilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davametdirəcəyik.
Vüqar Rəhimzadə beynəlxalq əməkdaşlıqda əsas rol oynayanamillərdən biri kimi enerji təhlükəsizliyinin təminatından da bəhsedərək, Azərbaycanın bu sahədə artan rolunu xüsusi vurğulayıb.Bildirib ki, XIII Qlobal Bakı Forumunda diqqət göstərilən əsasməsələlərdən biri məhz bu oldu. Azərbaycanın təşəbbüsü ilə həyatakeçirilən enerji layihələrinin həm iştirakçı, həm də digərölkələrin dayanıqlı inkişafına geniş imkanlar yaratdığı beynəlxalqsəviyyədə etiraf olunan reallıqlardandır. Azərbaycanın dünyanınenerji təhlükəsizliyinə töhfələri davamlıdır. Buna əsas verən təbiiki, malik olduğumuz iqtisadi potensialdan səmərəli istifadənintəmin edilməsidir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğuneft strategiyasının əsas tərkib hissəsi olan “Əsrinmüqaviləsi”ndən başlanan yolun uğurlarını sadalamaqla bitməz.Prezident İlham Əliyevin forumdakı çıxışında qeyd etdiyi kimi, bugün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyininayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəmdaşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neftməhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalıvə ixracı ilə məşğuldur. Azərbaycan beynəlxalq bazarda etibarlıneft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyədavam edəcək.
Millət vəkili Azərbaycanın nəqliyyat imkanlarının genişliyindəndə bəhs edib. Bildirib ki, Azərbaycan nəqliyyat və logistikainfrastrukturuna böyük sərmayə yatırır. Bu gün ölkəmiz Şərq-Qərb vəŞimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşdır. Azərbaycan həmOrta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən vəinvestisiya yatıran yeganə ölkədir. Prezident İlham Əliyev forumdabu məqamı da vurğuladı ki, Azərbaycan ərazisində hər iki dəhlizüzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır. İndi isəbiz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavəvəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbatartır. Hazırda Ermənistanla sülh əldə edildikdən sonra OrtaDəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamətErmənistan ərazisindən keçəcək. Ermənistan müstəqillik tarixindəilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın ikihissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlınəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçininpotensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkanverəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçünqarşılıqlı uduşlu vəziyyət yaradacaq.
Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, hər ilQlobal Bakı Forumu mühüm uğurların təqdimatı, onların əsasında yeniçağırışlarla tarixə yazılır. Azərbaycanın hər zaman sülhün,təhlükəsizliyin, əməkdaşlığın tərəfində olaraq bunu real addımlarıilə təsdiqləməsi ev sahibliyi etdiyi bu kimi tədbirlərindavamlılığına böyük inam yaradır. Düşünürük ki, XIII Qlobal BakıForumu öz işini bir gündən sonra başa çatdırsa da, gündəməgətirilən məsələlər, gələcəklə bağlı səsləndirilən çağırışlarnövbəti foruma qədər geniş təhlil ediləcək, birgə səylər əsasındamühüm uğurların əldə olunmasına yol açılacaq.