Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 19-cu turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.
B qrupunda yer almış “Quba” komandası səfərdə “Lənkəran”la üz-üzə gəlib. Lənkəran Olimpiya İdman Kompleksində gerçəkləşmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 94:88.
Tura martın 15-də yekun vurulacaq. Daha əvvəl “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67) məğlub edib.
A qrupu: Sabah – 35. Abşeron Lions – 34. Neftçi – 27. Gəncə – 26. NTD – 20. Şəki – 20.
B qrupu: Ordu – 36. Naxçıvan – 34. Sərhədçi – 26. Sumqayıt – 26. Quba – 26. Lənkəran – 23.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
