"Çelsi" komandanın müdafiəçisi və kapitanı Ris Ceyms ilə yeni uzunmüddətli müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 26 yaşlı futbolçunun “zadəganlar”la yeni sözləşməsi 2032-ci ilin ortalarına qədər nəzərdə tutulub. Onun əvvəlki əmək müqaviləsi isə 2028-ci ilin yayında başa çatmalı idi.
Cari mövsümdə İngiltərə Premyer Liqasında Ceyms 26 oyunda iştirak edib. Müdafiəçi bu matçlarda 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.