Azərbaycan milli komandasının "FIFA Series – 2026" turniri üçün heyəti açıqlanıb.
Publika.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov 27 futbolçuya dəvət göndərib. Onlardan cəmi 4-ü legioner həyatı yaşayır.
Mütəxəssis ABŞ-nin "Kalumbus Kryu" klubuna yeni transfer Nəriman Axundzadə və ciddi zədədən yeni qayıdan "Kayzerslautern"in forvardı Mahir Emreliyə dəvət göndərməyib.
Yığma martın 22-də Bakıda təlim-məşq toplanışına başlayacaq.