AZ

Tobias Elvud: Müharibə ticarəti çətinləşdirir və iqtisadi inkişafın qarşısını alır

Hazırda dünyada təhlükəli və narahatedici geosiyasi proseslər baş verir. Münaqişə, müharibələr ticarəti çətinləşdirir və iqtisadi inkişafın qarşısını alır. Lakin dünyanı İkinci Dünya müharibəsi kimi böyük müharibə gözləmir. Buna baxmayaraq beynəlxalq ictimaiyyət müharibənin genişlənməsinin qarşısını almaq istiqamətində addımlar atmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə sabiq Dövlət katibi Tobias Elvud XIII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Çin və Qlobal İdarəçilik Təşəbbüsü” adlı panel iclasında çıxış edərək deyib.

Onun sözlərinə görə, istənilən halda müharibələrin qarşısının alınması üçün tədbirlər görmək lazımdır.

“Hazırda dünya yeni problemlərlə də üzləşir. Bunlar enerji qiymətlərinin artması, iqtisadiyyatların enerji ilə təmin olunması, su resurslarının idarə olunması, eləcə də süni intellekt və kvant texnologiyaları kimi sahələrdə üstünlük uğrunda rəqabət dövlətlər arasında yeni qarşıdurma sahələri yaradır. Bu sahələr üzrə beynəlxalq səviyyədə aydın qaydalar və səmərəli əməkdaşlıq mexanizmləri hələ formalaşmayıb. Dünyanın aparıcı dövlətləri arasında yeni qlobal qaydalar barədə konsensusun olmaması əməkdaşlığın zəifləməsinə gətirib çıxarır və nəticədə qloballaşma prosesinin özü də parçalanma mərhələsinə daxil olur. Azərbaycanda zəngin enerji resursları, alternativ enerji istehsalı üçün imkanlar var. Bunların istifadəsi ölkənin inkişafına xidmət edir. Lakin dünyada enerjiyə ehtiyacı olan çoxsaylı ölkələr var. Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır ki, bu da onun qlobal sabitliyə verdiyi töhfədir”, - deyə çıxışçı əlavə edib.

Seçilən
4
4
azerbaijan-news.az

5Mənbələr