ABŞ-ın Rusiya neftinə qarşı sanksiyaları ləğv edilməyəcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt CNN-in efirində bildirib.
Onun sözlərinə görə, hazırkı yanacaq böhranı uzunmüddətli hədəf naminə qısamüddətli qurbandır.
"Uzunmüddətli problemi həll etmək üçün qısamüddətli çətinliklərdən keçmək lazımdır. Mən deyərdim ki, bunun ehtimalı azdır, biz diqqətimizi hərbi əməliyyata və problemin həllinə cəmləmişik", - o bildirib.