AZ

Kris Rayt: ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları ləğv edilməyəcək

ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları ləğv edilməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt CNN-in efirində bildirib.

Onun sözlərinə görə, hazırkı yanacaq böhranı uzunmüddətli hədəf naminə qısamüddətli qurbandır.

"Uzunmüddətli problemi həll etmək üçün qısamüddətli çətinliklərdən keçmək lazımdır. Mən deyərdim ki, bunun ehtimalı azdır, lakin biz diqqətimizi hərbi əməliyyata və problemin həllinə cəmləmişik", - o deyib.

K.Rayt həmçinin ABŞ-nin hərbi əməliyyatı fonunda və Hörmüz boğazının bağlanması səbəbindən yaxın vaxtlarda neftin dünya qiymətlərinin bir barel üçün 200 dollara çata biləcəyi barədə İran tərəfinin iddiasına şübhə ilə yanaşıb.

Seçilən
24
5
moderator.az

6Mənbələr