AZ

Laricani ABŞ-ın İranın enerji sistemini vuracağı təqdirdə, bölgənin “qaranlığa qərq olacağına” dair xəbərdarlıq edib

İranın elektrik infrastrukturuna hücum olsa, bütün region qaranlığa qərq olacaq.

 

Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb.

 

O, ABŞ Prezidenti Donald Trampın İranın elektrik şəbəkəsini məhv etməklə bağlı hədəsinə münasibət bildirib.

 

Laricani qeyd edib ki, “əgər bunu etsələr, bütün region yarım saatdan az bir müddətdə qaranlığa qərq olacaq”.

 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, bunun nəticəsində yaranan qaranlıq “təhlükəsizlik üçün qaçan” Amerika hərbçilərinin təqibinə şərait yaradacaq.

 

Xatırladaq ki, Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələyib.

 

APA

Tarix: 12 Mart 2026, 19:00   
Seçilən
38
9
pravda.az

10Mənbələr