İranın elektrik infrastrukturuna hücum olsa, bütün region qaranlığa qərq olacaq
APA xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb.
O, ABŞ Prezidenti Donald Trampın İranın elektrik şəbəkəsini məhv etməklə hədəsinə münasibət bildirib.
Laricani qeyd edib ki, “əgər bunu etsələr, bütün region yarım saatdan az bir müddətdə qaranlığa qərq olacaq” və bunun nəticəsində yaranan qaranlığın “təhlükəsizlik üçün qaçan” Amerika hərbçilərinin təqibinə şərait yaradacağını vurğulayıb.
Xatırladaq ki, Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələyib.