AZ

Azərbaycanı Avropa Açıq turnirində 19 cüdoçu təmsil edəcək

Cüdo üzrə Azərbaycan millisinin martın 14–15-də Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa Açıq turniri üçün heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ölkəmiz yarışda 9 çəki dərəcəsində 19 cüdoçu ilə (15 kişi, 4 qadın) təmsil olunacaq.

Qadınlar ın mübarizəsində Gülnarə Bayramova (57 kiloqram), Aytac Qardaşxanlı (70 kiloqram), Nərmin Əmirli və Günel Həsənli (hər ikisi 78 kiloqram) qüvvəsini sınayacaq.

Kişilər arasında isə Babarəhim Mirzəyev, Murad Əliyev, Kənan Hüseynov (hamısı 60 kiloqram), Nazir Talıbov, Hüseyn Allahyarov, Tofiq Məmmədov, Yaşar Nəcəfov, Elşən Əsədov (hamısı 66 kiloqram), İbrahim Əliyev, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kiloqram), Xəyyam Əliyev (90 kiloqram), Elmar Qasımov, Nihad Şıxəlizadə (hər ikisi 100 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) medal qazanmağa çalışacaq.

Milli komandaya kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 31 ölkədən 359 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “A” kateqoriyalı referilər Nazim Umbayev və Akif Tahirov da yer alacaq.

Seçilən
33
7
90deqiqe.az

10Mənbələr