AZ

Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular

style='margin-bottom:10px;'>

14-15 mart tarixlərində Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri keçiriləcək. 

QOL.az xəbər verir ki, ölkəmiz yarışda 9 çəki dərəcəsində 19 cüdoçu ilə (15 kişi, 4 qadın) təmsil olunacaq.

Azərbaycan millisinə kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 31 ölkədən 359 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “A” kateqoriyalı hakimlər Nazim Umbayev və Akif Tahirov da yer alacaq. 

Qadınlar 

-57 kq
Gülnarə Bayramova

-70 kq
Aytac Qardaşxanlı

-78 kq
Nərmin Əmirli
Günel Həsənli 

Kişilər 

-60 kq
Babarəhim Mirzəyev
Murad Əliyev
Kənan Hüseynov 

-66 kq
Nazir Talıbov 
Hüseyn Allahyarov
Tofiq Məmmədov
Yaşar Nəcəfov
Elşən Əsədov

-73 kq
İbrahim Əliyev
Rüfət Şövlətov
Nəriman Mirzəyev

-90 kq
Xəyyam Əliyev

-100 kq
Elmar Qasımov
Nihad Şıxəlizadə

+100 kq
Camal Feyziyev

Seçilən
32
7
teleqraf.com

10Mənbələr