AZ

Nəqliyyat şirkətinin - SƏHMDARLARI TOPLANIR

“Yevlax Avtonəqliyyat-2703” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Yığıncaq 22 aprel 2026-cı il tarixində saat 11:00-da Yevlax şəhəri, Nizami Gəncəvi prospekti, 5 ünvanında yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

Cəmiyyətin İdarə Heyətinin sədrinin seçilməsi;

Cəmiyyətin 2025-ci ilin yekunlarına dair illik nəticələri üzrə hesabatların təsdiq edilməsi.

Qeyd olunur ki, ümumi yığıncaqda iştirak edən səhmdarlar şəxsiyyətlərini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsini) təqdim etməlidirlər. Nümayəndə vasitəsilə iştirak ediləcəyi halda isə səhmdar tərəfindən verilmiş etibarnamə və nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmalıdır.

Seçilən
18
1
fed.az

2Mənbələr