AZ

Azərbaycanın nəqliyyat şirkətinə yeni sədr seçiləcək

22 aprel 2026-ci il tarixində, saat 11:00-da “Yevlax Avtonəqliyyat-2703” açıq səhmdar cəmiyyətinin Yevlax şəhəri, Nizami Gəncəvi prospekti, 5 ünvanında yerləşən inzibati binasında keçiriləcək səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə olunacaq:

1. səhmdar cəmiyyətin idarə heyətinin sədrinin seçilməsi;

2. səhmdar cəmiyyətin 2025-ci ilin yekunlarına dair illik nəticələrinə dair hesabatları təsdiq edilməsi;

Ümumi yığıncaqda iştirak edən səhmdarlar şəxsiyyətiz təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsini) təqdim etməlidir. Nümayəndə iştirak edərsə, səhmdar tərəfindən verilən etibarnamə və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsini) təqdim etməlidir.

Xatırladaq ki, “Yevlax Avtonəqliyyat-2703” ASC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 269350 manatdır və qanuni təmsilçisi Adəm Musayevdir.

Seçilən
42
1
banker.az

2Mənbələr