“AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin sədrinə yeni müşavir təyin edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı sədr Zakir İbrahimov martın 4-də Əmr imzalayıb.
Əmrə əsasən, Fuad Babayev sədrin sayca 10-cu müşaviri olub.
Qeyd edək ki, F.Babayev 1999-2023-cü illərdə Gənclər və İdman Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri və idarə rəisi vəzifəsində çalışıb. 2023-2025-ci illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyəti sədrinin müşaviri olub.