EN

“AzərGold” sədrinə yeni müşavir təyin olundu

“AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin sədrinə yeni müşavir təyin edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı sədr Zakir İbrahimov martın 4-də Əmr imzalayıb.

Əmrə əsasən, Fuad Babayev sədrin sayca 10-cu müşaviri olub.

Qeyd edək ki, F.Babayev 1999-2023-cü illərdə Gənclər və İdman Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri və idarə rəisi vəzifəsində çalışıb. 2023-2025-ci illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyəti sədrinin müşaviri olub. 

Chosen
52
2
fed.az

3Sources