AZ

Dayanma-durmaya görə cərimə qaydası DƏYİŞİR

Yol polisi üçün dayanma-durma, parklanma qaydalarının pozulmasına görə protokolun surətinin təqdim edilməsi qaydası dəyişdirilir.

Redaktor.az xəbər verir ki, bu, "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Təklif olunan dəyişikliklərə əsasən, dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılır.

Qeyd olunub ki, bu sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb.

Seçilən
40
1
redaktor.az

2Mənbələr