AZ

Yol polisinin işi asanlaşır Dayanma durmaya görə cərimə qaydası dəyişir

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yol polisi üçün dayanma-durma, parklanma qaydalarının pozulmasına görə protokolun surətinin təqdim edilməsi qaydası dəyişdirilir.

Avtosfer.az xəbər verir ki, bu barədə "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklərdə deyilir.

Təklif olunan dəyişikliklərə əsasən, dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılır.

Qeyd olunub ki, bu sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb.

Könül Rauf

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
avtosfer.az

2Mənbələr