AZ

Keçirilməyən Şəmkir Xankəndi oyununun taleyi bəlli oldu

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

AFFA İntizam Komitəsi "Şəmkir"ə texniki məğlubiyyət verib."Football-plus.az" xəbər verir ki, bu haqda komitənin bu gün açıqlanan qərarında qeyd edilib.Bildirilib ki, martın 9-u keçirilməli olan 2-ci liqanın 17-ci turunun “Şəmkir” – “Xankəndi” qarşılaşmasından əvvəl meydan sahibləri Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat verməyib. Bundan başqa, klub tərəfindən AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoyulmayıb. "Şəmkir" müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
icma.az

3Mənbələr