AZ

Keçirilməyən "Şəmkir" - "Xankəndi" oyununun taleyi bəlli oldu

AFFA İntizam Komitəsi "Şəmkir"ə texniki məğlubiyyət verib.

"Football-plus.az" xəbər verir ki, bu haqda komitənin bu gün açıqlanan qərarında qeyd edilib.

Bildirilib ki, martın 9-u keçirilməli olan 2-ci liqanın 17-ci turunun “Şəmkir” – “Xankəndi” qarşılaşmasından əvvəl meydan sahibləri Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat verməyib. Bundan başqa, klub tərəfindən AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoyulmayıb. "Şəmkir" müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Seçilən
44
2
football-plus.az

3Mənbələr