AZ

Yeni nəsil kassa aparatları ilk 2 ayda 4,5 milyard manatlıq dövriyyəni qeydə alıb - 16 FAİZDƏN ÇOX ARTIM

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Marja.az Xidmətə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 111 min 383 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 

2026-cı ilin yanvar-fevral aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553,1 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 635,8 milyon manat, yaxud 16,2 faiz çoxdur.

Seçilən
13
4
marja.az

10Mənbələr