AZ

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 16 % dən çox artıb

ain.az, Banco.az saytına istinadən bildirir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553,1 milyon manat olub.

 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.

Bu il martın 1-nə qədər ölkədə 111 383 ədəd NKA quraşdırılıb.

"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
6
banco.az

10Mənbələr