AZ

Tramp İranı daha güclü zərbə ilə hədələyib

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

“Tehran Hörmüz boğazından neft tədarükünü dayandırarsa, ABŞ İrana əvvəlkindən 20 dəfə güclü zərbə endirəcək”

“Tehran Hörmüz boğazından neft tədarükünü dayandırarsa, ABŞ İrana əvvəlkindən 20 dəfə güclü zərbə endirəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial media səhifəsində yazıb.

Ağ Ev rəhbəri qeyd edib ki, "Əgər İran Hörmüz boğazından neft axınını dayandıracaq tədbirlər görərsə, ABŞ əvvəlkindən iyirmi dəfə daha güclü zərbə endirəcək. Bundan əlavə, yumşaq hədəflər məhv ediləcək və bu da İranın bir millət kimi bərpasını faktiki olaraq qeyri-mümkün edəcək".

O bunu ABŞ-ın Çinə və Hörmüz boğazından fəal şəkildə istifadə edən digər ölkələrə "hədiyyəsi" adlandırıb. Tramp həmçinin bu jestin yüksək qiymətləndiriləcəyinə ümid etdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
5
ayna.az

7Mənbələr