AZ

Tramp: İran Hörmüz boğazını bağlasa, ABŞ 20 dəfə güclü zərbə endirəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Hörmüz boğazından neft tədarükünü dayandırarsa, Vaşinqton Tehrana əvvəlkindən 20 dəfə güclü zərbə endirəcək. Tramp bu barədə Truth Social sosial şəbəkəsində yazıb.

“Əgər İran Hörmüz boğazından neft axınını dayandıracaq tədbirlər görərsə, ABŞ əvvəlkindən iyirmi dəfə daha güclü zərbə endirəcək. Bundan əlavə, yumşaq hədəflər məhv ediləcək və bu da İranın bir millət kimi bərpasını faktiki olaraq qeyri-mümkün edəcək”, – o qeyd edib.

Tramp əlavə edib ki, bu addım ABŞ-ın Çinə və Hörmüz boğazından fəal istifadə edən digər ölkələrə “hədiyyəsi” olacaq və bu jestin yüksək qiymətləndiriləcəyinə ümid etdiyini bildirib.

Gülnar 

Seçilən
42
5
anews.az

7Mənbələr