AZ

"Neftçi" "Turan Tovuz"a məğlub olub - Misli Premyer Liqası

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunukeçirilib.

Trend-inməlumatına görə, günün son matçında "Neftçi" evdə "Turan Tovuz"laüz-üzə gəlib.

Görüş Tovuz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bölgə təmsilçisi 44 xalla üçüncü pillədə qərarlaşıb."Ağ-qaralar" isə 31 xalla 7-ci yerdədir.

Günün ilk oyununda “Zirə” öz meydanında “Kəpəz”i qəbul edib.Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

XXIII turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə"Karvan-Yevlax"la 1:1, "İmişli" "Şamaxı" ilə 0:0 hesablı heç-heçəedib, “Qarabağ” isə doğma meydanda “Araz-Naxçıvan”a 6 cavabsızqolla qalib gəlib. Tura martın 10-da yekun vurulacaq.

Məqalədə:
Seçilən
70
8
az.trend.az

9Mənbələr