AZ

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Zirə” öz meydanında “Kəpəz”i qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

XXIII turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Karvan-Yevlax"la 1:1, "İmişli" "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib, “Qarabağ” isə doğma meydanda “Araz-Naxçıvan”a 6 cavabsız qolla qalib gəlib.

Tura martın 10-da yekun vurulacaq.

Seçilən
15
4
azerbaijan-news.az

3Mənbələr